ANA SƏHİFƏ / YAZARLAR

Beynimi iflic edən film

28414    |   2017-01-16 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gecənin bir vaxtıdır. Yuxusuzluq baş qaldırıb. Neyləmək lazımdır? Bəlkə bir kitab oxuyum? Yaxşı fikir olmaz, işıqları yandırsam, bacım-qardaşım oyanar. Ən yaxşısı bir film tapıb izləməkdir. Beynimdə rejissorların adını gözdən keçirdirəm. Aha, tapdım, Devid Linçin "İtmiş şosse” filmi. Çoxdandı bu filmi izlmək istəyirdim.

Düşünün ki, hər gün dünyada, eləcə də məmləkətimizdə cinayət hadisələri olur. "Ər-arvadı baltaladı”, "arvad-əri zəhərlədi” adlı xəbərlər eşidirk. Cinayət baş veirir, daha sonra bildiyimiz şeylər olur: Polis, müstəntiq, ekspertiza, məhkəmə olur. Sənət, ədəbiyyat, kino isə günahkarın mənəvi dünyasını araşdırır. Onun iç dünyasına səyahət edir. "İtmiş şosse” filmində hadisələr Fredin beynində cərəyan edir. Biz onun xəyal dünyasında gəzirik, həyəcanlanırıq, qorxuruq, təəccüblənirik, düşünürük. Fred və Alis orta təbəqədən olan bir ailədir. Fred həyat yoldaşına dəlilər kimi aşiqdir, ancaq onun seks təminatını ödəyə bilmir. Kişilik hormonları zəifdir. Fred Alisin ona xəyanət etdiyini düşünərək onu qətlə yetirir. Hadisə hazır. Ər arvadını amansızca öldürür. 

Rejissor Linç bu hadisəni elə bir qeyri-adi formada tamaşaçlara çatdırır ki, izləyicinin də yaddaşı, düşüncələri labirintə düşür, darmadağın olur. Fredin yaddaşında itib batırıq. Cinayət hadisəsindən sonra Fred tutulur və ölüm cəzasına məhkum edilir. Fred kamerasında yata bilmir, ağır psixoloji sarsınıt yaşayır. Yaddaşı, keçmişi ona olmazın əzablar verir. Bir gün həbsxana müdiri hücrə qapısından içəri baxır və gördüyü adamın Fred olmadığını anlayır. Filmin qırılma nöqtəsi də elə burasıdır. Aldadılmış bir ər, arvadına aşiq olmasına baxmayaraq onu cinsi baxımından təmin edə bilməyən zəif bir adam, bütün bunların verdiyi tramva beynində özünün tam əksi olan bir Pete obrazı yaratmasına gətirib çıxardır. Həkim Fredə son vaxtlarda yatıb-yatmadığını soruşur. Fred isə yata bilmədiyini deyir. Yuxusuzluqdan beynində baş verən qarşıdurmalar, get-gəllər, kabuslar onda şəxsiyyətin ikiləşməsinə gətirib çıxardır. Ancaq bu şəxsiyyətlər onun xəyal dünyasında əksini tapır. Fredin Pete xarakterinə çevrilməyə başladığı andan etibarən biz onun kələ-kötür yaddaşının içində var-gəl eləməyə başlayırıq. Filmdə bir səhnə də var ki, bu epizoda da tamaşaçı duruxur. Fred, özünü Pete xarakterinə çevirmişdir.
 
Yaxşı, gözətçi və digərləri necə Fredi, Pete olaraq görür? Fred, o an onsuz da Pete xarakterinə çevrildiyi üçün, bizlər o səhnəni Fredin Pete xarakterinə çevrilmiş halıyla izləmiş oluruq. Gözətçinin hüceyrəyə baxışı əslində bizlərin gözüdür, baxışıdır. 

İndi gələk Fredin həbsxanadan sonra beynində yaşadıqlarına. Fred, bu hissədən sonrakı səhnələrdə gerçək xarakterlərin adını dəyişdirmişdir. Öz dünyasında, yəni beynində özünün adını, arvadının adını, saçlarının rəngini dəyişir və bir çox obrazlar yaradır. Özünü gənc bir oğlana çevirir. Yuxarıda da qeyd etdiyim ki, yaratdığı obraza Pete adı verir. Qızların sevimlisi, seksdə aktiv olan birisi. Pete avtomobil təmirində usta olaraq çalışır. Mafyadan bir şəxslə dostluq edir. Həmin sarışın qadın da, qeyd etdiyim mafya ilə əlaqəsi olur. Gənc sarışınla gizli-gizli hər gün görüşür, sevişir. Yəni əslində Fred özünü güclü, qadınlara yetəcək biri olaraq göstərir. 

Bütün hadisələr onun yaddaşında təzahür edir. Filmin başında yoldakı sarı xəttlər əslində Fredin öz beynində etdiyi səfəri simvolizə edir. Filmdə bir obrazda var ki, sirli, vahiməli bir adamdır. Bu əslində Fredin nifrəti, kin duyğusudur. Qayıdaq, Fredin beyninə. Mafya başçısını nifrətinin köməyilə öldürür. Filmin sonunda Fred evinə gəlir və meqafona filmin ən əvvəlində olduğu kimi bunu söyləyir: "Dick Laurent öldü.'' Fred, filmin başından bəri həbsxanadadır. Evi olaraq gördüyü yer, əslində beynidir. Bir partidə Fredin sirli xarakterlə danışdığı yeri xatırlayaq: Sirli xarakter belə deyir: ''”Mən əslində bu an sənin evindəyəm.'' Əslində o anda Fred həbsxanadadır. Sirli xarakter isə Fredin evində, yəni beynindədir. 

Filmin sonunda öz qurmuş olduğu dünyada, Pete xarakterinə bürünərək, yaşamaq istədiklərini yaşamışdır və Dick Laurantı yəni mafya başçısını da öldürdükdən sonra, beynində hazırladığı utopiya da tamamlanmışdır. Öz beynində missyasını tamamladığına görə, öz-özünə, yəni şüuraltına eynilə bunu söyləyir. ''Dick Laurent öldü.'' Öz qurduğu xəyal dünyasında özünü təmin etmişdir. Missiyasına başa vurmuşdur.


Rejissor yaddaşın, keçmişin, xatirələrin, şüurun insana necə əzablar verəcəyini mesajını ötürür. İnsanın tükənməz arzuları, xatirələri, bəzən başqa bir insan olmaq istəyi yaddaşında tükənmir.


İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK