"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti rekordu təkrarlayıb.
Portuqaliyalı superulduz buna La Liqanın XVIII turunda "Sevilya" ilə keçirilən qarşılaşmada nail olub.
Ronaldukomandasının 1:2 hesabı ilə məğlub olduğu matçın 67-ci dəqiqəsində penaltidən hesabı açıb. Bununla o, sabiq "Real"lı Uqo Sançesin rekordunu təkrarlayıb. Belə ki, Primeroda penalti ilə ən çox fərqlənən Sançesin aktivində 56 belə qol var idi. Ronaldudaha bir onbirmetrlik zərbədən fərqlənərsə, yeni rekord müəyyənləşdirəcək.
Qeyd edək ki, Kriştianu Ronaldubu mövsüm La Liqada meydana çıxdığı 13 oyunda 12 qola imza atıb.