ANA SƏHİFƏ / MƏMLƏKƏT

71 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

4004    |   2017-01-16 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 14-də keçiriləcək yeni hərraca 71 əmlak çıxarılacaq.

Bu barədə Komitədən məlumat verilib. Bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir.

İstənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün "privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda qalib olmayan vətəndaşın ödədiyi beh hərracdan sonra 10 gün ərzində vətəndaşa geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar. Hərraclar barədə məlumat almaq və sifariş vermək də hazırda çox rahatdır. Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində əhaliyə müntəzəm məlumatlar çatdırılır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.

Hərraca çıxarılan 6 kiçik dövlət müəssisəsi və obyekti Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda yerləşən hər iki əmlak 150 min manata iddiaçılara təklif olunur. Bu əmlakların hər ikisi Yardımçı Təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən "Azinterservis”, Sumqayıtda yerləşən "Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən "Bərdə Kərpic”, "Goranboy Sənaye İnşaat”, "Kürdəmir Quşçuluq”, "Lerik Kəndkimya”, "Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231

İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.




İmza:
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda məşhur bir Çayçı Zeynal vardı. Adi bir çayçı olmasına baxmayaraq, rayonda böyük hörmət- izzət sahibi idi. Bir gün anası deyir ki, ay oğul, bir yır-yığış edin, vallah, mən ölürəm.

Çayçı Zeynal:

- Saa qurban olum, qışın bu şaxtasında ölüb-eləmə. Vallah, bu qarda-qiyamətdə yasa gələnlər söyə-söyə gəlir.

Bir az keçir. Anası deyir ki, a bala, vallah, ölürəm.

- Saa qurban olum, ay ana, Novruz vaxtıdı, camaat bayram edir, deyir-gülür, qonaq gedir. Camaatın bayramını korlama da.

Bir az keçir, arvad yenə deyir, ay bala, ölürəm axı!

- Rəhmətliyin qızı, yayın bu cırhacırında, hərə bir tərəfdə, istirahətdə, kefində- damağında, heç mağar qurmağa adam da tapılmır. Özü də sənin yasını kim aparacaq? Molla Rəşid əmi də odey Yesentukidədi.

Üstündən bir az da vaxt keçir, arvad deyir, a köpəyoğlu ölürəm axı?!

- Ay arvad, bu dəqiqə toyların qızğın vaxtıdı, qonum-qonşu, qohum-əqrəba bu dəqiqə hər yerdə toydu. İndi kimin toyuna vay salaq, kimin toyunu saxlayaq bu payız vaxtı? Adamın goruna söyərlər.

Anası bir az baxır-baxır və deyir:

- Vallah, bu gədə məni avara qoyub.





digər lətifələr
ARXİV
FACEBOOK