ANA SƏHİFƏ / MARAQLI

Özü həkimə gedən dələ

8959    |   2017-01-16 09:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Finlandiyanın Sipoo şəhərində təəccübləndirici bir hadisə yaşanıb.Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaralanmış kiçik dələ özü yerli veterinar klinikaya gedib və kiçik heyvanlar üzrə mütəxəsis Samuli Heyskanenin çiyninə dırmaşıb.

Hadisə haqqında danışarkən həkim bildirib: "Gözlənilmədən dələ qapıdan içəri girdi və mənə doğru gəldi. Gördüm ki, kiçik dələnin burnundan qan gəlir və o çox əldən düşmüş və yorğun görünür. Yəqin, dələ özü də başa düşüb ki, köməyə ehtiyacı var".

Klinikada dələyə su və qida veriblər və ona lazımi köməyi göstəriblər. Bundan sonra dələnin vəziyyəti yaxşılaşıb.

Həkimin sözlərinə görə, dələ artıq sanki gülür. Həkim hesab edir ki, dələnin burnunun qanamasına səbəb onun hündürlükdən düşməsi ola bilər.




İmza:
SON XƏBƏRLƏR
2017-05-27
2017-05-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın gecə işdən evə dönür. Ərini yuxudan oyatmamaq üçün səssizcə yatağa girmək istəyir. Yorğanın altında iki ayaq əvəzinə dörd ayaq görür. Bundan əsəbləşən qadın əlinə bir zopa alıb ikisinin də başına vurur. Mətbəxə keçəndə isə ərinin oturub qəzet oxuduğunu görür. Əri başını qaldıraraq deyir:

- Əzizim, rayondn ananla atan gəlib, mən də yataq otağımızı onlara verdim ki, rahat yatsınlar. Bax gör hələ yatmayıblarsa salam ver və görüş, ayıbdı.




digər lətifələr
ARXİV
FACEBOOK