adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2017 10:27
11199
DÜNYA
A- A+

Türkiyə təyyarəsi qəzaya uğradı - 35 ölü - Video - Yenilənib

Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.

 Qırğızıstan Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisinin İstanbulda yerləşən "ACT” Hava Yolları yükdaşıma şirkətinə aid olmasına dair məlumat yayıb.

Daha öncə təyyarənin "Türk Hava Yolları”na məxsus olduğu bildirilirdi.

***
(10:06)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə "Manas” Beynəlxalq aeroportunun qalxma-enmə zolağına 1,2 kilometr qalmış yerə çırpılıb.

Təyyarə Bişkek ətrafındakı qəsəbəyə düşdüyünə görə həlak olanların çoxu burada yaşayan sakinlərdir. Qırğızıstan Hökumətinin verdiyi məlumata əsasən, təyyarə düşən ərazidə 32 fərdi ev dağılıb.

Qırğızıstanın səhiyyə naziri Talanbek Batıaliev qəza yerindədir və xilasetmə işləri davam etdirilir. O deyib ki, səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya göndərilib, bunların altısı uşaqdır.

***
(09:09)

"Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.

 Honkonqdan qalxan "Boeing 747” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.

Təyyarə Bişkek aeroportunun yaxınlığında yerləşən evlərin üzərinə düşüb. 15 binaya ziyan dəyib. Həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Hadisə yerli vaxtla 07:30-a baş verib.

Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev və baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qırğızıstanın Manas hava limanı uçuşları dayandırıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.

Son məlumatlara görə, Qırğızıstan prezidenti Almazbek Atambayev qəzanın araşdırılmasını tapşırıb. Dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.