ANA SƏHİFƏ / MƏMLƏKƏT

Oğuzdakı alban kilsəsi dağılmaq üzrədir

6016    |   2017-01-15 23:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oğuzun mərkəzində ötən əsrin əllinci illərində tikilmiş xəstəxana vardı. Bina o qədər köhnəlmişdi ki, bir az əvvəl yeni klinika tikib, köhnəsini hündür hasarın arasına aldılar. Onun yanında qədim alban kilsəsi, Azərbaycanın Udin icmasının, demək olar ki, yadigarı yerləşir. Həmin məbədi də, harada ki, bir az əvvələ qədər kilsə ayinləri icra olunurdu, hasar arxasında gizlətdilər…

Adalet.az saytı xəbər verir ki, virtualaz.org-un məlumatına görə, oğuzda yaşayan udinlər – ölkəmizdəki kiçik etnik qrupun nümayəndələri əvvəlcə hətta sevindilər ki, yeni tikinti ilə bərabər onların kilsəsini də təmir edəcəklər. Amma onların ümidləri özünü doğrultmadı və artıq beş ildir ki, həmin kilsə hündür hasar arxasında gizlədilib.

Oğuzun başqa sakinləri də ümid edirdilər ki, yeni xəstəxananın, bərpası gözlənilən məbədin yanında - çox gözəl Olimpiya kompleksinin yaxınlığında park salınacaq. Əgər qonşu Qəbələdə şəhər sakinləri turizmin hesabına yaşayırlarsa, onda Oğuz niyə turistlərin diqqətini özünə cəlb etməsin? Axı burada hər şey var: əsrarəngiz təbiət, özünəməxsus mətbəx, nəhayət, çox gözəl və görməli digər yerlər… Amma əfsus, hələlik burada boz hasardan və boş yerdən başqa, hansılar ki, oğuzluları getdikcə daha çox qıcıqlandırır, gözə dəyən heç nə yoxdur.

Udinləri rayon rəhbərliyinin belə açıq fəaliyyətsizliyi xüsusilə narahat edir. Axı kilsə onların təkcə dini ayinlərinin icra yeri yox, həm də ölkənin özünün tarixi abidəsi və mədəniyyət nümunəsidir. O isə dağılır və bir azdan burada artıq bərpa ediləcək heç nə qalmayacaq. Bəlkə hasar elə buna görə çəkilib ki, hər şey onun arxasında-gizlicə baş versin?

Oğuz tarixi abidələrlə çox da zəngin deyil və obyekt kimi Mədəniyyət Nazirliyinin reyestrinə daxil edilənlərin - hansı ki, bu idarə tərəfindən qorunur, hər hansı birinin yoxa çıxması, şəhər üçün əvəzedilməz itkidir. Nəzərə alsaq ki, kilsə də Mədəniyyət Nazirliyi tərəfindən formal da olsa qorunur, deməli, icra hakimiyyəti bu məsələdə, necə deyərlər, "əllərini yuyur”...

Demək lazımdır ki, 1992-ci ildə məhz bu alban kilsəsini mədəniyyətin və Azərbaycanın xristian Udin icmasının dəyərli obyekti kimi bərpa etməyə başladılar. Amma sonra təmiri dayandırdılar və məbədin binası indi daha sürətlə dağılır, nəinki bərpa edilən dövrə qədər…

Oğuzun Alban-Udin İcmasının sədri Svetlana Ağababayeva Mədəniyyət Nazirliyində müraciət edib, amma onun müraciətinə heç bir reaksiya verilməyib.

Oğuzun ikinci alban məbədi – Qala Gergetsin taleyi də kədərlidir və o da dağılır. Alban icması dövlət qeydiyyatına malikdir, amma onun dini ayin və tədbirlərin keçirilməsi üçün məbədi yoxdur. Yeri gəlmişkən, məhz Qala-Gergets kilsəsinin mövcudluğu Udin icmasını qanuniləşdirməyə imkan verib.

Oğuzun yaşlı sakinləri xatırlayırlar ki, bu Qala kilsəsi uzun illər məbəd bayramlarının, başqa kütləvi mərasim və tədbirlərin keçirilmə yeri olub, onun yanında bayram yarmarkaları - hansılara ki, bütün ətrafdan xristian və müsəlman əhalisi yığılırdı,- təşkil olunub. Qala-Gergets (udindən tərcümədə Böyük Gergets) eyni zamanda müsəlman piri hesab olunur, artıq vurğuladığımız kimi, dövlət tərəfindən qorunur və Mədəniyyət Nazirliyinin reyestrində Qala Piri adı ilə tanınır.

Başqa mədəniyyətin nümunəsi olan və dövlət tərəfindən qorunan bu tarixi obyektləri - qədim alban məbədlərini heç olmasa ona görə bərpa etmək lazımdır ki, onlar müxtəlif millətlərin və müxtəlif dinlərin insanlarının uzun əsrlər boyu sülh şəraitində birgə yaşamasının və hazırda multikulturalizm adlandırılan mərhələsinin bariz nümunəsidir.




İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK