adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Yanvar 2017 23:00
11291
İDMAN
A- A+

Millimiz İrana qalib gəldi

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimiz bu gün növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, komandamız İran yığması ilə qarşılaşıb.

Görüş millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə türkiyəli legionerimiz Doğukan Öksüz vurub.

C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış yığmamız 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir. Növbəti rəqib yanvarın 17-də Estoniya millisi olacaq.