adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Yanvar 2017 22:24
8434
İDMAN
A- A+

"Azərbaycan millisinə təşəkkür edirəm"

"Rəqibimizi təbrik edirəm. Azərbaycan – heyətində çox güclü futbolçular olan yaxşı komandadır. Bilirdik ki, bu oyun bizim üçün ağır olacaq. Çünki rəqib futbolçular fiziki baxımdan bizdən güclüdür. Bunu nəzərə alaraq, daha çox pressinqə üstünlük verməyə çalışırdıq".

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadəki futbolçulardan ibarət İran millisinin baş məşqçisi Abas Çəmənian rdan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində yığmamıza 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, bu gün çox müdafə olunmaq məcburiyyəti qarşısında qaldıqlarını bildirib:

"Buna görə Azərbaycan yığmasına təşəkkür edirəm. Çünki müdafiəçilərimizi öz mövqeyində təcrübə toplamağa vadar etdilər və bu bizim üçün çox faydalıdır”.