ANA SƏHİFƏ / MƏMLƏKƏT

Maral göl ərazisinə qanunsuz girənlər cəzalandırılacaq - Nazirlik

4438    |   2017-01-15 21:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqalda kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar.

Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib. Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər. Nazirlikdən bildirilib ki, yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənkarlığa görə onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək.




İmza:
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK