adalet.az header logo
  • Bakı 12°C
15 Yanvar 2017 21:30
14876
MARAQLI
A- A+

Dünyanın ən gənc müəllimindən İBRƏT DƏRSİ

Dünyanın ən gənc müəlliminin 9 yaşı var.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, indi 16 yaşı olan Babar Əli 9 yaşından müəllimlik edir. Hindistanın kiçik əyaləti Mirşidabadda yaşayan bu oğlan savadı ilə həmyaşıdlarından xeyli fərqlənir.

Hindistan savad üzrə bütün dünyadan ümumiyyətlə geri qalır. Bu kiçik əyalətdə təhsil səviyyəsi çox aşağıdır. Babar isə səhər saat 4 radələrində qalxıb məişət işlərini görür, sonra çox uzaqda yerləşən məktəbə gedir. Məktəbdən sonra oğlan digər həmyaşıdları kimi vaxtını əyləncələrə və oyunlara sərf etmir. Belə ki, Babar Əli məktəbdən sonra kasıb ailələrin uşaqlarına dərs öyrədir. İllik təhsil haqqı olmasa da, kasıb valideynlərin övladlarına hətta dərslik və məktəb forması belə almağa imkanı yoxdur.

Əvvəlcə gənc müəllim öz dərslərini oyun kimi qəbul edirdi. Ancaq zaman keçdikcə yetirmələrinin buna nə qədər ciddi yanaşmasını, müəllimlərini necə səbirsizliklə gözlədiyini görür. Uşaqların oxumaq həvəsi o qədər çoxdur ki, onlar özləri yaşda olan Əlini ustadı hesab edir və ona müəllim kimi hörmət edirlər. Əslində, Babar Əlini öz şəhərində ilk məktəb yaradan şəxs də adlandırmaq olar. 2009-ci ildə Əli qərb jurnalistləri sayəsində dünyanın ən gənc müəllimi statusunu qazanıb, 16 yaşında isə "Real Heroes Award" təşkilatı gənc müəllimi "Ən gənc məktəb direktoru" mükafatı ilə həvəsləndiririb.

Hazırda məktəbin 5-18 yaş arasında olan daha 220 rəsmi şagirdi və 600 dinləyicisi var. Burada 9 nəfər yuxarı sinif şagirdləri könüllülər qismində dərs deyir. 5-ci sinfin bütün şagirdlərinə dərsliklər pulsuz verilir, qalanları az pul ödəyirlər. Bu unikal məktəb açıq səma altındadır, çünki xüsusi otaqlar yoxdur, əyalətin bütün yoxsul insanları komalarda yaşayır.

Məktəbin direktoru Babar Əli əyalətin hörmətli gənclərindən biridir, onu tez-tez müxtəlif mühazirələrə və konfranslara dəvət edirlər. Direktor-şagird laboratoriyaları, akt zalı və idman meydançası olan məktəb binası olması arzu edir.