ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Şagirdlər arasında olimpiadanın ilk mərhələsi keçirilib - FOTO

6355    |   2017-01-15 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Adalet.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.

Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.



İmza:
SON XƏBƏRLƏR
2017-10-23


VİDEO
YAZARLAR
Əbülfət MƏDƏTOĞLU
Seyfəddin Altaylı
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı babat vurub qatarnan Biləcəridən Qazağa getmək istəyir. Vaqona minəndə görür ki, boş yer yoxdu. "Onsuz da səni tapajam" - deyə-deyə başlayır kupeləri gəzməyə. Sərnişinlərdən biri soruşur ki, "nə axtarırsınız?
Vəli:
- İlan sumkamdan çıxıb qaçıb, onu axtareyram.
Bunu eşidən sərnişinlərin hamısı qorxusundan vaqondan düşüb qaçır. Vəli rahatca uzanıb yatır. Səhəri gün ayılıb görür vaqon dayanıb, bələdçidən soruşur:
- Xanım Qazağa çatmışıqmı?
Bələdçi xanım:
-Nə çatmışıq ey, dünən bir kefli kişinin sumkasından ilan qaçıb, vaqonu qatardan açıb Biləcəridə saxlayıblar, hələ də ilanı axtarırlar.




digər lətifələr
ARXİV
FACEBOOK