adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Yanvar 2017 14:41
10361
DÜNYA
A- A+

Hindistanda qayıq batıb: Onlarla ölən var

Qanq çayının Hindistanın Bihar ştatı ərazisindən keçən hissəsində qayığın batması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb..

Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə "France Presse” yerli məmura istinadən məlumat yayıb.

İnsident şənbə günü axşam Patna şəhəri yaxınlığında baş verib. Nəşrin məlumatına görə, qayığın tutumu 30 nəfər olsa da, ona 40 sərnişin minib. Hazırda 19 nəfərin meyiti tapılıb, 10-12 nəfərin üzərək sahilə çıxdığı ehtimal edilir. 8 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.