adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Yanvar 2017 14:14
10301
DÜNYA
A- A+

Serbiyada qış faciəsi: 6 nəfər öldü

Serbiyada yanvarın 6-da başlayan anomal şaxtalı hava 6 nəfərin ölümünə səbəb olub.

Adalet.az-ın məlumatına görə, bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.

Serbiyanın cənubunda sərt şaxtaların son qurbanı Retkotser kənd sakini 49 yaşlı Mitar Lyubisavleviç olub.

Serbiya Daxili İşlər Nazirliyi yanvarın 6-dan ölkənin cənubunda donma təhlükəsi ilə üzləşən 150 nəfəri evakuasiya edildiyi barədə məlumat yayıb.