adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ayrılıq məqamı

3135 | 2016-12-31 14:14

Ədəbiyyatıyaşadan mənəvi qida nəşə və kədərin fikirlərdə, düşüncələrdə hər hansı şəkildəiz qoymasıdır. Bu iki hissin, yaşantının kükrəyib daxili gücə, enerjiyə çevrilməsiinsanın insana və dünyaya sevgisi ilə bağlıdır. Cazibə qüvvəsi kainatın ahənginivə hərəkətini tənzimlədiyi kimi, insan sevgiləri bəşəri münasibətlərin əbədiliyini və təhlükəsizliyinitəmin edir. O münasibətlərin əsl mahiyyətinin və dəyərinin nədən ibarətolduğunu bizə poeziya anladır. Ədəbiyyat insan sevgilərinin ən böyük və ənetibarlı təbliğatçısı olmaqla bərabər, onun fəlsəfi-poetik əsaslarını daayrı-ayrı sxemlər, qəliblər şəklində hazır edib gələcəyə ötürə bilibdir. Məsələn,Füzuli ədəbi məktəbinin məhəbbət estetikası üçün düzxətlilik, arzu və məqsədlərədoğru birtərəfli hərəkət əsas şərtdir və bunun istiqaməti həsrətdən vüsaladoğrudur və o vüsal anına yetişməyincə poetik nəfəs gedib-gəlməkdə, şeirin, ədəbiyyatınömrü öz varlığını, təravətini qoruyub saxlamaqda, davam etdirməkdədir. Ona görədə bu estetikada vüsala yetmək istisna olunur. Bu sənət və ömür yolu, əlbəttə,kamala dolmağa istiqamətlənmiş şəkildə davam edir. Xətai "Dəhnamə"dəformatı bir qədər dəyişir. Həsrətdən can qurtarıb vüsala qovuşan aşiqin yenidənayrılıq məqamına üz tutması sevgi, eşq əzablarına qatlaşıb, bu yolda fədakarlıqmissiyasını yerinə yetirməyin labüdlüyünü bir daha təsdiq edir. Burada diqqəticəlb edən məqam vüsal anından sonra aşiqin yenidən ayrılığa üz tutmasıdır. Məhəbbətinklassik modelində tək bir qadına aşiq olub, onun nazını çəkmək allahın təkliyinəbəslənən inam və dünyagörüşü ilə bağlıdır. Könüldə Allah duyğusu ilə ayrılıqxiffətinin eyni vaxtda baş qaldırması insanı əbədi olaraq qorxu və iztirabiçində saxlayır. Bu əbədi ayrılığın mövcudluğu əbədi vüsal arzusunun, əbədi məhəbbətingöstəricisi və məzmunu olmalı idi. Özünəqədərki klassik, yeni və ən yeni dövrünsevgi romantikasını, eyni zamanda modern məhəbbət gəlişmələrini dəqiq və ətraflımənimsəyən və bu ədəbi sistemi insanı yenidən öyrənmək üçün aktiv hala gətirənşairlərin və onların timsalında bütöv bir nəslin tam fərqli bir bədii üslubumüasir oxucunun nəzər-diqqətini cəlb etməyə, zövqünü və ruhunu oxşamağa dahaçox layiqdir. Bu cür yazarların bir qismində eşq ilahi yüksəkliyin bütün səviyyələrindənendirilərək "əl çatan" məsafəyə qədər yaxınlaşdırılır, sevginin dərinelmi fəlsəfəsi deyil, nisbilik anlayışları dairəsində onun insan həyatına təsirləribarədə gah ironik, gah ciddi tonda şərhlər edilir. Həmin yazılarda texnokratikinsana xas həyat tərzinin reallıqları da tez-tez vurğulanır, "işin xeyirivə zərəri" barədə yer həqiqətlərinə istinad edilir, lazım gəlsə,"göy" lağ və istehza hədəfinə də çevrilir. Məsələnin dərinliyinə enməkləçox zaman ovqat və xarakterlərin, çağın dəb və zövqünə tez uyğunlaşansosiumların maraqlarına, düşüncələrinə qapı açılır. Bu, nəsri, poeziyanıqapsayan avanqardçı təmayüllərlə, həm də son onilliklərdə gündəmi zəbt edənsensasion informasiyalarla, dünyada gedən qloballaşma prosesinin milli ədəbiyyatdakıəks-sədası ilə bağlıdır.

Poeziyada ikinci bir tendensiya köküFüzuli ədəbi məktəbinə gedib çıxan ənənəvi romantik-realist şeirin yeniformatda işlənməsilə bağlıdır. Məsələn, Şahnaz Şahinin yaradıcılığına ənənəviestetikanın təsirini daha tez müəyyən etmək olur. Amma onun şair stixiyasında ədəbiyyatınsevgi, məhəbbət temasına yeni kriteriyalarla müraciət edildiyini görmək olar.Bütün dövrlərdə məhəbbətdən yazan şairlər açar söz kimi,"ayrılıq"dan, "vüsal"dan, "həsrət" və "vəfasızlıq"danbəhs etmişlər və şübhəsiz, bütün aşiqlərin arzusu, məqsədi vüsala yetmək olubdur.Amma Şahnaz Şahində də Xətaidə olduğu kimi, eşq "güzərgahına" yolalmaq ayrılığa doğru getməkdir. Xətainin ədəbiyyata verdiyi yeniliklər barədə hərkəsin dolğun məlumatı vardır. Yeni müasir şeirin bəzi nümayəndələri"ayrılıq təcrübəsindən" bəhrələnərək hər şeyi o nöqtədən başlamağı məqsədəmüvafiqhesab edirlər. "Yenə saf məhəbbətə söz qoşacaq şairlər..." Bu, ənənədəngələn məhəbbət əhvalatının hələ də aktual olduğunun təsdiqidir.

Fəqət hər şey

başqa cür görünəcək bizə...

Arada dağlar duracaq...

Ayrılıq çətin olacaq..."

Açıqşəkildə deyilir ki, bu çətin yolda prioritet başlanğıc ayrılıq amilidir. Sevgilərinayrılığa aparası və ya aparmalı olduğu barədə iddia tək məhəbbətin romantikasıilə deyil, həm də mövzunun gerçək təfərrüatları ilə izah oluna bilər. Burada ədəbifakta yenilikçi münasibətin olduğu barədə əlavə sübuta ehtiyac da yoxdur. Çünkimövzunun şərhindən hər şey məlum olmalıdır. Həmin ayrılıq "həqiqətlərinin"ifadəsinə aid aşağıdakı şeir yaxşı nümunə ola bilər:

"Səni sevmək...

payızısevməkdi,

Taledənqovulub

sərgərdangəzməkdi...

Dirigözlüölmək,

odünyanı görüb gəlməkdi...

Əllərindəqandal daşımaq,

birişi yüz dəfə yenidən başlamaqdı...

Darağacının altında

canınızikr edib...

Hərgecə ayrılıqdan asılmaqdı...

üşümək,

otaqküncündəki yalqızlığa

alışmaqdı...."

Ayrılığabu şəkildə önəm verilməsi, onun hətta dar ağacı səviyyəsində təqdimatı aşiqlərin,məşuqların ömür hədər başa vurmadığının ən bariz misalı sayıla bilər.Ayrılıqlar fəsli olan payızı sevmək, sərgərdanlıq, yalqızlıq - ayrılıq nişanələrikimi dəyərləndirilsə də, sevgi üçün, yəni sevgiyə səbəb olan ayrılıqlar üçünkifayət etmir və buna görə də "o dünyanı görüb gəlməyin" vacibliyindənsöz açılır. Ölüm ayrılıq zirvəsidir və oradan - ayrılığın ən hündür nöqtəsindənməhəbbət dünyasına "boylanmağın" ayrı bir zövqü səfası varmış.Göründüyü kimi, ayrılıq məqamı sevginin özünü, eləcə də sevgi iztirablarındandoğan nəşə və kədərin gərəkliliyini zəruri edir. Yaxud başqa bir şeirində şair"sonrakı peşmanlığın töhfəsi"ndən bəhs edir. Sonrakı peşmanlığınmayasında ayrılığın rolu qeyd edilir. Bir sözlə, Şahnaz xanımın şeirinin ruhuayrılıqdır və ya "Eh, həmişə sonda ölür ayrılıqlar..."mənasında məhəbbətintəsdiqi faktı kimi bu mərhələnin xüsusi dəyərləndirilməsini hər zaman vacibsayır. O, bir şeirində "bu, son vida, son ayrılıq, əzizim" yazmaqlasevginin ayrılıqlar zəminində yaşayacağını, ürəklərdə şiddət edəcəyini bəyanetmiş olur. Klassik şeirdə ayrılıq (hicran) qəmi, Şahnaz xanımda ayrılıq dəmi(nəşəsi, sevinci) aktualdır. Bu,zahirən belədir. Əslində, mahiyyət etibarilə birinci halda nəşə, ikinci halda kədərəsasdır. Füzuli məktəbinə xas ədəbi əxlaqda ayrılıq aşiqə sitəm etməyin birüsulu, Şahnaz Şahində eşqin doğuluşunun və əbədiliyinin əlamətidir. Bu mülahizələrimdəmüasir şeirin klassik ədəbiyyatla müqayisəli şəkildə şərhi təəccübdoğurmamalıdır. Çünki sevgidən bəhs edən mətn nə qədər yeni olsa da, Füzulinineşq fəlsəfəsinə istinad etmədən nə o şeiri yazmaq, nə də onun haqqında bitkinfikir bildirmək mümkündür. Yeri gəlmişkən, demək lazımdır ki, irfan şeirindəolduğu kimi, Ş. Şahində də bir çox hallarda ilahi hislərin coşqunluğu müşahidəedilir. Məsələn, onun yaradıcılığında qəlbin (aşiqin) lirik duyğulara qapanıbdarılmaması üçün "səyahətəçıxmaqdan", göyləri dolanıb yer üzünün yuxarıdan, allah dərgahından seyr edilməsindəndə bəhs edilir. "Sevdiyimi yerdə yox, Mən göydə dərk eylədim" yazır.Məsələ aydındır. "Yeddi qatlı göyləri belədən-belə gəzməklə" şairinhansı ucalıqlara işarə etdiyini bilmək asandır. Demək olar ki, ardıcıl olaraq qələminisevgi hislərinin tərənnümünə sərf edən şairin nəyə nail olduğunu, ürəyə yoltapa bilib-bilmədiyini (təkcə oxucu qəlbinə yox, yəqin ki, məhəbbətiniünvanladığı hədəfə və ya hədəflərə ulaşa bilib-bilmədiyini) onunyaradıcılığından konkret nümunələrə əsasən söyləmək olar.

"Sənibirinci

barmaqlarındanbaşladım

unutmağa -

saçlarımdansığalını yudum,

yanaqlarımdanöpüşlərini,

gözlərimdəyığılan

baxışlarınıağladım.

Soyundum əynimdəngöruşlərini..."

"Başına gələnlərin" dil ilə yox,söz ilə, şeir ilə, lirik melodiya ilə bu şəkildə nəql edilməsi, necə deyərlər,"dili yandırmamaq" üçündür. Şairin nitqinin bədii leksika ilə zənginolduğu göz qabağındadır. Şahnaz xanımın misraları bir qayda olaraq, məcazlabaşlayır, məcazla bitir. Onun poetik təfəkküründə söz və məna ardıcıllığının düzgüntəşkili, hökmlərin, arzuların, istəklərin bir zaman daxilində, eyni andanizamı, poeziyada bir-birini əvəz edən, bir-birini tamamlayan müxtəlif anlamdadərk olunan sözlərin bir qəlibdə düzgün yerləşməsi, bəzən sevgi əvəzinə kədər,kədər yerinə sevgi ifadə edən monoloqların, çağırışların nitq və nidaların birkontekstdə yer tutması söz, mətnqurma işində yaxşı təcrübə sayıla bilər. Müraciətin,monoloqun, dialoqun və nitq tipinin hər hansı digər nümunəsinin hər zaman məhəbbətzəminində qurulması, yəni şairin eyzən məhəbbətdən yazması poeziyanı, ədəbiyyatıtəşkil edən materialın saflığına ən yaxşı zəmanətdir. Ənənəvi mətndə (köhnəsovet poeziyasında) şeir üçün düstur, təxminən, "mən səni sevirəm və buyolda candan keçməyə hazıram" formuluna uyğundursa, yeni şeirdə sevməyə,vurulmağa min bir "bəhanə" axtarıb tapmaq, məsələyə münasibətdə əşyalara,təbii amillərə, məsələn, yağışa, xatirələrə, başqa planetlərə və s. tez-tezistinad etmək dəbdədir. Bu zaman ovqatın alınmasına və duyğulanmağa sərfedilmiş insan enerjisi ilə təbii qüvvənin (çənin, dumanın, ayın, ulduzun, küləyin...)yaratdığı affekt şeirin melodiyasını yaradır. Məsələn, küləyin əsməsi, bir gülləçəyinin xəfif titrəyişi, lap şaxtalı-sazaqlı qış gecəsi, sərt tufanlar,qasırğalar belə adamı (şairi, oxucunu) sevgi aləminə aparıb çıxarmağa vasitəola bilər. Bu baxımdan, qələmi ilə lazım gəlsə, "dağları yarıb"könüllərə yol salmağın çəmini şair bilməlidir. Şeir yazmağın bir illəti ürəklütfkarlığında və məfkurə haqq-tərəzisində doğru ilə yalanın, yaxşı ilə pisin,ağıl ilə emosiyanın birləşik və düzgün tərtibatından keçir. Şairin, ola bilsin,güclü hissiyyatı var, amma həssas duyğunu "sahibinə" təqdim edərkənehtiyatsız davranır və hissin sözləkorlanması qəzası baş verir. Zədə almış mətnin "alıcısı" olmur.Şahnaz xanımın şeir misrasının quruluşu və kompozisiyası onun fikir və duyumqabiliyyətinin nailiyyətləri kimi meydana gəlir. O, fikirlə sözü toqquşdurandaonların bir-birinə dəyib zədələnməsindən ehtiyat etmir. "Bu ayrılıq zamanısusma, mənə bir söz de. Sevdiyini hiss edirəm, de ki, bu düzdü..." Məsələn,o, "həyadan qızarıb" əvəzinə "həyadan közərib", "mənsiztək qalacaqsan" əvəzinə, "mənsiz yazıq olacaqsan", "gecəyarıydı" yox, "gecənin yarısıydı" və s. yazır... "Sözemalı" ilə məşğul olmağı yox, nitqin leksik-semantik cəhətdən düzgünqurulmasına əmək sərf etməyi Şahnaz xanım vacib sayır.

"Əlinintumarına

Könlüm tamarzı.

Gözlərimdəüşüyür

ən isti arzu.

Əllərim dəqoynumda

Dustaq kimidi.

Dodağımdasevginin

acı təmidi.

Küçələrdə sərgərdan

Dolaşır külək.

Otağımda yananşam

əriyən ürək"...

"Arzumgözümdə qalıb" kimi frazeoloji qatda gizlənmiş fikir burada dolğun ifadəsini"gözlərimdə üşüyür ən isti arzu" şəklində tapıbdır. "Əllərinqoynunda dustaq olması" isə frazeoloji deyimləri deyil, adət-ənənəmizdəkidavranış jest və etiketlərini yada salır. Daha sonra "hadisə" çöldə,küçədə baş verir. Gələn yoxdu. Əvəzində avara bir küləyin vahiməsinin ev-eşiyə-- otağa, ürəyə çökməsinin və şamla birlikdə ürəyin əriyib qurtarmasının şeirdətəsvir olunan mənzərənin təfərrüatları ilə çox əlaqəsi vardır. Deməli, dilyaratmaqda Şahnaz Şahinin öz iş texnikası və səliqəsi vardır. Əlbəttə, səliqədeyəndə bu arada "hər şeyi ölçüb-biçmək" anlamında iş tərziistisnadır. Ola bilər, dil sadə, axıcı, müəyyən qrammatik, leksik qaydalarauyğun olsun, amma poetik zehində ədəbiyyatın məqsədləri ilə ilgili əsasinformasiya yer almasın. Aristotelin "Poetika" əsərində etdiyi bir xəbərdarlığınıyada salmaq yerinə düşər: "Dil son dərəcədə rövnəqli olanda xarakterləri də,fikri də zəiflədir". Umberto Eko isə: "Ədəbiyyat dildən kollektiv irskimi istifadə edir. Təbii ki, dil özü inkişaf yollarını seçir, heç biryuxarıdan göstəriş, heç bir siyasi sistem, onun qabağını kəsib istədikləri məcrayayönəldə bilməzlər. Dil özü bildiyi tərəfə gedir, lakin ədəbiyyata qulaqasır", -- deyir. Yapon düşüncəsində müəyyən bir əşyanın düzülüşündəsimmetriyanın qəsdən pozulması da bir xalqın timsalında dünyadamövcud olan adət-ənənələrin, zövqün, estetikanın səviyyəsini göstərir vəməlum olur ki, insanların həyat tərzində həndəsi bərabərölçülük əhəmiyyət kəsbetmir. Yeni şeirin bir cəhəti özünüdünyaya ən yeni görkəmdə tanıtdırmasıdır. Bu, incəsənətin bütün sahələrində, ocümlədən, poeziyada belədir. Şahnaz Şahinin sevgi leksikasında "neologizmlər"çoxdur.

"Hərdənxatırladır səni

boş küçələr...

Saçımın birtelini yandırıb

üfürürəm gecəyəquş lələyi bilib...

...Dartıb qırıram teleqraf tellərini...

atıram dənizə səsini...

Yumulur gecə çiçəkləri,

silir pəncərəmdənqan ləkələrini

küləklərinqoluna girib

asılıram Yer kürəsindən...

Aşağıda kimsə şar uçurur havaya,

kimsədənizə görüş təyin edir.

Kimsəne

çəncidəfə tövbə deyir sevgiyə

boşküçələrdən keçib gedirəm,

ütüsüpozulur gecələrin".

Səsli, rəngli, hərəkətlibir mənzərə açılır. Hər şeydən əvvəl burada poetik aksessuarların çoxluğu, müxtəlifliyivə yeniliyi diqqət cəlb edir. Şeirin məzmun hissəsində obrazın nəşəsiz keçmişivə ümidverici gələcəyi fonunda oxucuya ötürülən bilginin bir neçə paradiqmadakodlaşdırılması, fərdin gecə ilə və sürrealist bir xəyalatla dünyaya təması mətninümumi ahəngini təşkil edir. Bu şeirin də mayasında ayrılıq var. Belə nəticəyə gəlməkolur ki, həyatın sığalını pozmağa böyük hadisələr gərəkdir. Sevgi belə unikalolayların fövqündə yer tutur. Sonrakı misralarda obrazın dilindəki, əhvalındakıironik, əhli-kef, əyləndirici intonasiyanın və ovqatın sevgilərlə başı qatılanaşağılara yuxarılardan əl edircəsinə "qisas və intiqam" mesajları sərgilənir. Hələlik bir şeiri üzərində fikir və yozum etməliolsaq, öncə şairin fantaziyasının hüdudsuzluğunu qeyd etməliyik. Məsələn, kimdeyə bilər ki, küçə sözün hərfi mənasında boş imiş, ya da maraq kəsb etməyəninsanlarla əhatələnmiş bir məkandan söz açılır. Deməli, küçənin boşluğu faktıgörmə hissinin abstrakt səviyyədə də, konkret mənada da doğru olduğunu göstərir.Səs duyğusu da şairin, lirik fərdin özünəxas intellekt və davranışını nümayişetdirmək baxımından kamil bir səviyyədədir.

Ş. Şahinin mərhələlibir yaradıcılıq yolu keçdiyini də qeyd etmək lazımdır. Məsələn, şairin "Buşəkil mənə bənzəmir" kitabındakı şeirləri ilə son illərin mətnləriarasında fərq aşkar özünü göstərir. Həmin kitab Şahnaz xanımın ənənəvi şeirüslubundan yeni üsluba keçid etmə prosesinin göstəricisi kimi dəyərləndirilməlidir.Bu dövrdə yazılmış şeirlər sentimental ovqatın qatılığı ilə seçilir və kədərifadə edir. "Bağlı qapı", "hardan əsdi dəli külək" və bukimi ibarələrlə dünyanın vəfasızlığı, müvəqqətiliyi barədə rəy yaradılır. Budünyada qalıb yaşamağının da, insanınbaşqa etdiklərinin də "yarıkönül" olduğu vurğulanır. Hətta ölməyi dəyarıkönüldür. "Oluram yarıkönül, ölürəm yarıkönül". Daha çox gəraylıjanrını xatırladan, amma modernist təxəyyülün və stilistikanın təzahürü kimimeydana çıxan bu poeziya linqvistik tərkibi, ahəng və intonasiyası ilə yeni vəfərqli üslubun varlığından xəbər verir. Bu yazılarda heca bölgüsünün tələblərinəbir o qədər məhəl qoyulmadığını da, şairin bəzən ədəbi təsirləri gizlətməyibacarmadığını da müşahidə etmək olur.Buna baxmayaraq, həmin kitaba daxil edilmiş, ya sonradan yazılmış bu biçimqüsurlu, qüsursuz şeirləri bütöv halda onu daha ciddi ədəbi kredoya bağlayanaralıq vasitə kimi əhəmiyyət daşıyır. Necə deyərlər, şairin üslubu və manerasımüasir insan ilə onun yaşadığı dünya arasında münasibətlərin qurulmasınayardımçı ola bilir.

Zakir Məmməd


TƏQVİM / ARXİV