adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2017 14:08
133981
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                        ***

Aqşin Yenisey: "Dünyanın hər yerində gənclər işləyir qocalar avaralanır, bizdə əksinə, hər yerdə qocalar işləyir, gənclər avaralanır”.


                                                                        ***


Abbas Əliyev: "Bu gün Qaraçuxur qəbirstanlığına getdim içəri girən kimi molla yaxınlaşdı. Nə lazımdı? Dedim qəbir. Qiyməti 7000 azn. Dedim molla əmi biznes classla aparırsız? Əstəğfurullah


                                                                       ***


Təhminə Yqubova: "Kin və küsəyənlik zamanla insanı daha aqressiv, neqativə köklənən biri edir. Fürsət yaradıb barışmaq və üzr istəmək üçün bəhanələr tapın”.


                                                                       ***


Nigar Cəfərova: "Dəhşət odur ki, bu ölkədə sən əgər küçədə yerə zibil atsan, reaksiya kəskin olmayacaq, hətta bəziləri fikir verməyəcək. Ancaq avtobusda öz ayağı üstündə dayana bilən yaşlı xanıma yer verməsən, az qalacaq ki, üzünə tüpürsünlər”


                                                                       ***


Mehriban Zeynalova: "Nə əhvalınzı, nə göz yaşlarınız, nə gülüşünüzü, nə də emosiaylarınızı ssenariləşdirməyin. Kimsizsə osuz olduğunuz kimi ya nifrət, ya da sevgi qazanırsız.
Allahın sevdiklərindən seçdiklərindən olasınız!
Hər səhəriniz ugur gətirsin!”


                                                                      ***


Arzu Hüseyn: "Qarğalar susanda bülbülləri eşitmək olur. Amma nə gözəl ki bəzi dırnaqarası söz adamları bu gün heçnə paylaşmayıb. Sayələrində əsil istedadları oxuya bilirəm”.


                                                                      ***


İnqilab Quliyev: "Bildiyim bütün nağıllar yarısına qədərdir və demək olar ki, bütün bildiyim nağıllar uşaqlıqdan nənəmin danışdığı qədəri ilə yadımda qalanlardır. Bütün nağılları yarıya qədər bilməyimin səbəbi isə deyəsən,hər dəfə nağılın ortasında yuxulayıb yatan nənəmdən qaynaqlanır”.


                                                                       ***


Samir Aslan: "Ən şiddətli agrıya səbəb olan düşmənin deyil, həmişə yanında olacağına vəd edəndi...”


                                                                      ***


Fəridə Abdıyeva: "Bizim insanlarımızda niyə belə təfəkkür formalaşıb ki, hansısa dəyəri bir kimsəyə aid etmək üçün onun mütləq sosial statusu olmalıdır. Filankəs anadır bunu etməlidir, bəhmənkəs atadır filanşeyi eləməz, bu xaladır ondan ana olmaz, o qardaşdı namus, qeyrət və sair...İnsan ya mədəni qaydaları mənimsəyib ya da nəfsinin qurbanıdır. Bir kimsə vicdanını satıb yaxud xırda bir insanlıq naminə riskə gedib. O ki, qaldı əzəli duyğulara. Bəli, hər insan həm yaxşıdır, həm də pis. Sadəcə kiminsə daxilində ya yaxşı qalib gəlir ya pis. Bu sizin atanız da, ananız da, övladınız da və sair ola bilər. İnsanlara status yükləmədən, cinsiyyət ayrımı etmədən, ədalətlə qiymət verin”.


                                                                     ***


Şəhanə Müşviq: "Məhləmizə kino çəkənlər gəlmişdi...Birdən rejissor mənə dedi ki, çəkilmək fikrin var? Tələsik sevincək dedim:

- Həə... Dedi:

- Onda çəkil, kinomuzu çəkək dəə...


Sübhan Mahmudov