adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Yanvar 2017 12:23
7380
DÜNYA
A- A+

Türkiyədə 1100 reys təxirə salınıb

Türkiyənin milli aviadaşıyıcı "Türk Hava Yolları” şaxtalı hava şəraiti ilə əlaqədar 378 daxili və beynəlxalq aviareysi təxirə salıb.

Adalet.az xəbər verir ki, "İstanbul Atatürk” və "Sabiha Gökçen” hava limanlarından ləğv edilən uçuşların nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.

Üç gündür yağan qar nəticəsində İstanbulun hava limanlarında təxminən 1100 reys təxirə salınıb.

Şəhərdə nəqliyyatın hərəkəti çox çətinləşib, yolların buz bağlaması nəticəsində çoxsaylı qəzalar baş verib. Həmçinin əlverişsiz hava şəraiti səbəbi ilə xarici xətt dəniz və avtobus səfərləri də təxirə salınıb.