adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Yanvar 2017 11:44
4450
HADİSƏ
A- A+

Bakı 5 maşın toqquşub: 1 ölü, 4 yaralı

Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 7-də saat 18 radələrində Sabunçu qəsəbəsində Gədəbəy rayon sakini İlqar İbrahimovun, Lerik rayon sakini Ramil Xanışovun, Bakı şəhər sakini Hüseyn Şəbiyevin idarə etdikləri "VAZ", Şamaxı rayon sakini Azər Şirəliyevin idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Füzuli Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub.

Nəticədə İ.İbrahimov hadisə yerində ölüb, R.Xanışov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.