adalet.az header logo
  • Bakı 20°C
09 Yanvar 2017 11:04
8857
SİYASƏT
A- A+

Obama Trampa xəbərdarlıq etdi

ABŞ-ın hazırki prezidenti Barak Obama yeni seçilən prezident Donald Trampın dövlət qurumlarının fəaliyyətinə hörmətlə yanaşmalı olduğunu bildirib.

Adalet.az "ABC” telekanalına istinadən xəbər verir ki, Obama, həmçinin seçki kampaniyası ilə ölkəni idarə etmənin tamamilə fərqli olduğunu bəyan edib.

"And içmədən sonra dünyanın ən böyük quruluşlarından birinin rəhbəri olursan. Dünya birjaları və sərmayəçilər, dünyanın dördə bir yerində insanlar Trampın dediklərini ciddi qəbul edəcək”.

Obamanın bu sözləri dünya KİV-lərində yeni prezidentə xəbərdarlıq kimi qiymətləndirilib.

Xatırladaq ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Trampın and içmə mərasimi yanvarın 20-indəbaş tutacaq.