adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2017 10:05
6617
SİYASƏT
A- A+

Klinton bir daha seçkilərə qatılmayacaq

ABŞ prezidentliyinə namizəd Hillari Klinton bir daha seçkilərdə iştirak etməyəcək.

Bunu sabiq dövlət katibinin rəsmi nümayəndəsi Nira Tanden CNN telekanalına açıqlamasında bildirib.

"Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton bütün ömrü boyu məhz bununla məşğul olub. Hesab etmirəm ki, o, bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, - deyə Tanden bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ KİV-ləri Hillari Klintonun Nyu-York meri postu uğrunda mübarizə aparacağını yazmışdı.

Xatırladaq ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.