ANA SƏHİFƏ / TEXNOLOGİYA

Ölkəmizdə Facebook istifadəçilərinin sayı açıqlandı

12150    |   2017-01-09 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb.

Bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir. GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.

Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5 faiz yüksəlib. Həmçinin Linkedİn platformasının ölkədə əhatəsi artaraq 1,50 faizə yaxınlaşıb.

Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompyuterlərin payı 50,6 faiz, mobil cihazların payı 49,4 faiz olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44 faiz təşkil edib. (Azərtac)




İmza:
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Salam həkim. Mən 3 ay bundan əvvəl sizin yanınızda idim. Revmatizm tapdız məndə. Nəmişlikdən uzaq olun dediz.
-Hə. Yadıma gəlir. İndi nədi sizi narahat edən?
-Gəldim soruşam ki, daha dözə bilmirəm qaşınmadan. Olar çimim?




digər lətifələr
ARXİV
FACEBOOK