adalet.az header logo
  • Bakı 16°C
08 Mart 2017 22:37
21331
MARAQLI
A- A+

Kosmosdan göndərilən sirli siqnalların mənşəyi aşkarlandı

Alimlər uzun illərdi ki, kosmosdan Yerə göndərilən naməlum siqnalların mənşəyini aşkarlayıblar.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, nüfuzlu "Nature” jurnalında astrofiziklərdən ibarət bir qrupun alimin apardıqları araşdırmaların nəticələrindən ibarət məqalə dərc edilib. 

Həmin məqalədə indiyədək Yerə göndərilən siqnalların planetdən 1 milyard işıq ili uzaqlığında olan kiçik bir qalaktikadan göndərildiyi deyilir. Həmin qalaktika Yerin də daxil olduğu Saman yolu qalaktikasından 100 dəfə kiçikdir. Lakin hələlik ancaq həmin siqnalların mənbəyi aşkarlanıb. O siqnalların kimlər tərəfindən hansı məqsədlərlə göndərildiyi hələlik elm üçün naməlumdur.
Ən real versiya kimi isə yenə də UFO-lar göstərilir.