adalet.az header logo
  • Bakı 20°C
08 Yanvar 2017 21:45
7409
SİYASƏT
A- A+

Yenidən referendum keçirilə bilər

Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər "Brexit” prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün 2-ci referenduma gedəcək.

Onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin "Brexit” haqqında dəqiq planı yoxdur: "Bu bizi çox narahat edir. Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır. Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları zərər görəcəkdir”.