adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Yanvar 2017 21:37
4214
HADİSƏ
A- A+

Ağdamda iki maşın toqquşdu - Xəsarət alanlar var

Ağdamda iki minin avtomobili toqquşub.

Adalet.az bu barədə APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.

Rayon sakini, 1989-cu il təvəllüdlü Abbasov Samir Nazim oğlunun idarə etdiyi "VAZ - 2107” markalı 02 BL 813 dövlət nömrə nişanlı minik maşını qarşıdan gələn Məmmədov İmamqulu Həsən oğlunun idarə etdiyi "MERCEDES” markalı 99 FU 970 nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-2107” markalı maşının sürücüsü S.Abbasov və sərnişini 1986-ci il təvəllüdlü Umudov Pərvin Cəlal oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.