adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Yanvar 2017 16:16
7384
SİYASƏT
A- A+

Roma Papası zirehli avtomobilindən imtina etdi

"Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram”.

Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib. Papa onu gözləyən təhlükədən xəbərdar olsa da, zirehli avtomobildən imtina edib.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, onun bütün sələfləri gülləkeçirməyən papamobildən və ya limuzindən istifadə edib. Halbuki, Papa öz xarici səfərlərində adi avtomobildən istifadə edir.

"Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram. Özümə görə qətiyyən qorxmuram. Amma deməliyəm ki, mənimlə səfər edən insanlara görə narahat oluram”, – italyan jurnalist və Vatikan üzrə mütəxəssis Andrea Torniellinin "Səfərlər” kitabında Papanın bu sözləri qeyd olunub.

Kitabda Papanın 2013-cü ildən bu günə qədər etdiyi səfərlər qeyd olunub. Yeni ildə Papanın Portuqaliyaya, Hindistana və Banqladeşə səfərləri gözlənilir.