adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Yanvar 2017 15:11
4114
HADİSƏ
A- A+

Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Adalet.az xəbər verir ki, Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.