ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Çində beynəlxalq buz və qar festivalı keçirilir – FOTO

6588    |   2017-01-08 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çinin Xeyluncian əyalətinin inzibati mərkəzi olan Xarbin şəhərində beynəlxalq buz və qar festivalı keçirilir.

Adalet.az xəbər verir ki, ənənəvi festival müxtəlif tədbirləri, o cümlədən buzdan və qardan düzəldilmiş fiqurların sərgi və yarışını, müxtəlif qış idman növləri yarışlarını, kütləvi nikah mərasimini, fotosərgini əhatə edir. Xarbin festivalı dünyada bu cür ən böyük 4 tədbirdən biridir.

Festivalın turistlər və yerli sakinlər üçün ən çox maraq doğuran hissəsi olan "Buz və qar dünyası” sərgisində 330 min kubmetr qar və buzdan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar xüsusi maraq yaradır. Bu fiqurların hazırlanmasında 10 minə yaxın insan iştirak edib.

Qeyd edək ki, Xarbin Çinin qış turizm mərkəzlərindən biri hesab olunur. Qış fəslində orta aylıq temperatur mənfi 20 dərəcə təşkil edir. Yerli hökumət bu cür hava şəraitindən səmərəli istifadə edərək hər il milyonlara yerli və əcnəbi turisti Xarbini ziyarət etməyə sövq edir.



İmza:
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK