adalet.az header logo
  • Bakı 12°C
08 Yanvar 2017 12:16
16063
KRİMİNAL
A- A+

Kürəkən qayınatasını bıçaqladı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, Salyan rayonu, Qarabağlı kənd sakini, 1970-ci il təvəllüdlü Qasımov Natiq Mirəziz oğlu ailə münaqişəsi zəminində qızının həyat yoldaşı Niftalı Eyvazov tərəfindən bıçaqlanıb.

Bu gün səhərə yaxın Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilən Namiq Qasımovda sol-alın almacıq nahiyəsinin kəskin sıyrılması və ağzının iç səthinin sol yarısının kəsilmiş yaraları müəyyən edilərək ona tibbi yardım göstərilib. Xəstə özünün təkidi ilə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, Natiq Qasımov inanclı şəxs olmaqla bərabər həm də hacıdır. Bıçaqlanma hadisəsi küsüb atası evinə getmiş həyat yoldaşının ardınca gələn kürəkənlə qayınata arasında yaranmış mübahisə nəticəsində baş verib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.