ANA SƏHİFƏ / SİYASƏT

İran prezidenti Azərbaycanla imzalanan sazişi təsdiqlədi

5566    |   2017-01-08 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan və İran arasında imzalanmış saziş prezident Həsən Ruhani tərəfindən təsdiq olunub.

Adalet.az xəbər verir ki, prezident Həsən Ruhani İran konstitusiyasının 123-cü maddəsini rəhbər tutaraq parlamentin təsdiq etdiyi qanunun icra olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin icrası ölkənin Energetika Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, Azərbaycan və İran arasında imzalanmış "Xudafərin” və "Qız Qalası” Sazişi 2016-cı ilin dekabr ayının 7-də İran parlamenti tərəfindən ratifikasiya edilib və ölkənin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənib.



İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK