Türkiyədə baş qərargahın səlahiyyətləri Müdafiə Nazirliyinə verilib
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının səlahiyyətləri azaldılıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rəsmi qazete”də dərc edilən
681 saylı qanun hökmündə qərarnaməyə əsasən Türkiyə Silahlı
Qüvvələrində kadrların formalaşdırılması ilə bağlı Baş Qərargahın
səlahiyyətləri Müdafiə Nazirliyinə verilib.
İndiyə
qədər Quru, Dəniz və Hava qüvvələrinin komandanlarının təyinatı prosesi
Baş Qərargah rəisinin təklifi ilə başlayıb. Bundan sonra isə Quru,
Dəniz və Hava qüvvələrinin komandanları müdafiə nazirinin təklifi, baş
nazirin imzası və prezidentin təsdiqləməsi ilə təyin ediləcəklər. Bundan
əvvəl Baş Qərargah tərəfindən müəyyənləşdirilən və Ali Hərbi Şurada
müzakirəyə çıxarılan general və admiralların təyinatı da Müdafiə
Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Quru,
Dəniz və Hava qüvvələrinin komandanları təyin edilən ordu generalı və
ordu admirallarının səlahiyyət müddəti iki il olacaq, bu müddət
prezidentin qərarı ilə yad həddinə qədər hər dəfə 1 il olmaqla, artırıla
biləcək. Komandanlar təyinat proseslərinə uyğun olaraq vəzifələrindən
də azad edilə biləcəklər.
Qanun
hökmündə qərarnamə ilə hərbi əmrin hərbi formada verilməsi barədə
məcburiyyət də ləğv edilib. Əsgərlər hərbi formada olmayan zabitin,
müvafiq səlahiyyətə malik mülki vəzifəli şəxslərin verdiyi əmrləri
yerinə yetirməlidirlər. Bundan əvvəl Daxili İşlər Nazirliyinin tərkibinə
verilmiş Sahil Mühafizə və Jandarma Qüvvələri də qanun hökmündə
qərarnamə ilə Türkiyə Silahlı Qüvvələrinin tərkibindən çıxarılıb.
Beləliklə, Türkiyə Silahlı Qüvvələri yalnız Quru, Dəniz və Hava
qüvvələrindən ibarət olacaq.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20