adalet.az header logo
  • Bakı 20°C
07 Yanvar 2017 23:14
8575
DÜNYA
A- A+

Almaniyada türk iş adamı öldürülüb

Almaniyanın Ludvigshafen şəhərində türk iş adamı İsmail Torun naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

Adalet.az Türkiyə mediasına istinadən bildirir ki, üç uşaq atası samsunlu İsmail Torunun cəsədi Bad Dürkheim şəhəri yaxınlığındakı meşədə tapılıb.

Qaçırılan iş adamının fidyə üçün öldürüldüyü güman edilir. Hadisə ilə əlaqəsi olduğu düşünülən üç nəfər polis tərəfindən saxlanılıb.