adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Yanvar 2017 22:45
9289
HADİSƏ
A- A+

Bakıda ağır yol qəzası can aldı

Paytaxtda yol qəzası baş verib.

Adalet.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində "Vaz”, "Mercedes” və "Qaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:49-da başa çatıb.