ANA SƏHİFƏ / HÜQUQ

Dövlət Komitəsi: 10 yaşlı Nurayla bağlı bütün addımlar atılacaq

18695    |   2017-01-07 22:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiya 10 yaşlı Nuray Bayramzadənin mənafeyinin müdafiə edilməsi üçün zəruri olan bütün tədbirləri həyata keçirəcək.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İşçi Komissiyanın üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva bildirib ki, İşçi Komissiyasının üzvləri baş vermiş hadisə ilə baölı araşdırmalar aparmaq üçün sabah Quba rayonuna yol düşəcək. Onun sözlərinə görə, Quba Rayon Məhkəməsində baş vermiş hadisəsinin yerində araşdırıması məqsədi ilə 10 yaşlı Nurayla və ailə üzvləri ilə görüşəcəklər.

A.Sofiyeva qeyd edib ki, İşçi Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının nümayəndələri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin əməkdşları təmsil olunurlar.

Komitənin sədr müavini bildirib ki, aparılan araşdırmalardan sonra ilkin məlumat sabah günün sonunda açıqlanacaq. A.Sofiyeva vurğulayıb ki, 10 yaşlı Nurayın mənafeyinin müdafiəsinin həyata keçirilməsi üçün bütün lazımi addımlar atılacaq.




İmza:
SON XƏBƏRLƏR
2017-10-23


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu