adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Yanvar 2017 16:17
16282
KRİMİNAL
A- A+

Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib

Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.