Adalet.az | İnsan nəfəsinə həsrət qalan məkanlar - FOTO Adalet.az | İnsan nəfəsinə həsrət qalan məkanlar - FOTO Adalet.az | Ədalət -

İnsan nəfəsinə həsrət qalan məkanlar - FOTO

16028    |   2017-01-06 19:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



















Pripyat - Ukrayna

50 min nəfər əhaliyə malik olan Pripyat şəhəri 1986-cı ildə Çernobl Atom Elektrik Stansiyasında baş verən partlayış nəticəsində tamamilə tərk edilmişdir. Radiasiyaya görə, hadisədən sonra şəhərdə heç bir iş aparılmayıb. Yaxın min il ərzində də aparılmayacağını demək olar. Hazırda şəhəri vəhşi təbiət idarə edir və post aponaliptik kinoları xatırladır.

"Mirnı” almaz mədəni - Şərqi Sibir, Rusiya

Ölçüsünə görə insan əli tərəfindən törədilmiş ikinci ən böyük dəlikdir. Bura Mirnı Stalin tərəfindən Sovet İttifaqının almaz tələbatını ödəmək üçün tikilmişdir və bu böyük dəliyin qazıntıları çətinləşəndən sonra işlər tamamilə ləğv olunub.

Ferma, Seneka çayı - Nyu-York

Nyu-Yorkda yerləşən bu tərk edilmiş ferma hal-hazırda çoxlu köhnə avtomobillər üçün qəbiristanlıq rolunu oynayır. Hansı ki, hal-hazırda sadəcə qalıq hissədən ibarətdir.

"Rügen” oteli - Pxenyan, Şimali Koreya

"Rügen" oteli Şimali Koreyanın dəliliyinin əsil əlamətidir. Otelin tikintisi Şimali Koreydakı böyük qıtlıqdan bir neçə il əvvəl başlamış və böhran zamanı dayandırılmışdır. 16 il fasilədən sonra, 2008-ci ildə otelin tikinti işləri yenidən başladı və 150 milyon dollar qiymətində şüşələrlə təchiz olunduqdan sonra yenidən dayandırılıb. Otel çöldən bitmiş görünsə də, daxildə heç bir iş görünməyib.

"Uillard” sığınacağı - Uillard, Nyu-York

Uillard sığınacağı 1869-cu ildə xroniki ruhi xəstələr üçün tikilmiş və 1995-ci ildə bağlanmışdır. 50 min pasiyentinin yarısından çoxu oranı öz evi kimi hiss edib və elə onun divarları arasında dünyalarını dəyişiblər. Şəkildə sığınacağın morqu təsvir olunub. Sığınacaq bağlandıqdan sonra əksər pasiyent yenidən cəmiyyətə daxil oldu.

"Sanji” uçan naməlum obyekt evləri - San Ji, Tayvan

Bu evlərin tikintisinə 1978-ci ildə başlanılıb. ABŞ- zabitləri üçün nəzərdə tutulmuşdu. 1980-ci ildə investisiya çatışmazlığından bağlanıb.

"Six Flags Jazzland” əyləncə parkı - Yeni Orlean, Luiziana

"Six Flags Jazzland" əyləncə parkına "Katrina" fırtınasından sonra böyük ziyan dəyib və tamamilə nəzarətsiz şəkildə buraxılıb. Atraksionların bəziləri indiyənə kimi Yeni Orlenianın dözümlülüyünün şahidi olaraq qalıb. Bəzi şirkətlərin bu park üçün layihələri olmasına baxmayaraq, bura hələ də qorxulu filmlərin bəzi səhnələri üçün istifadə olunur.

"Gullivers” səyahət parkı - Kavaquçi, Yaponiya

1997-ci ildə Fudzi dağının ətəyində açılan bu əyləncə parkı olunan maliyyə yardımlarına baxmayaraq, cəmi 10 ildən sonra maliyyə çatışmazlığından bağlanmışdır.

Bannerman qalası - Polepel adası, Nyu-York

Banerman qalasının sahibi VI Frensis Bannerman bu qalanı İspaniya müharibəsindən qalan Amerika hərbi sursatlarını alıb və saxlama yeri kimi tikib. 1920-ci illərdə qalada olan 90 kq miqdarında silah-sursatın partlaması nəticəsində qalanın böyük hissəsi məhv olub.

(ardı var)




SON XƏBƏRLƏR
2017-04-23
2017-04-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Güzgüyə baxan qadın birdən diksinib qışqırır ;
- Ay Allah, Ay Allah mən necə dəhşətli görünürəm...
Həyəcanlanmış qadın ərinə tərəf çevrilir. Ər divanda uzanıb qəzet oxuyur. Qadın:
- Mənə bir dənə kompliment de, nə olar?
Ər:
- Sənin çox gözəl görmə qabiliyyətin var..




digər lətifələr
ARXİV
FACEBOOK