adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Yanvar 2017 15:47
15455
KRİMİNAL
A- A+

Bakıda biznes mərkəzində qətl törədilib - Yenilənib

Bakının Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Xətai rayon Prokurorluğundan verilən məlumata görə, hadisə "Demirchi Tower” biznes mərkəzində baş verib. 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlunu qətlə yetirib. Qətl hadisəsini törədən şəxs saxlanılıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

***

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

Adalet.az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

***
(14:35)

Bakı şəhərindəki "Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.