adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Yanvar 2017 13:54
13023
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus”da sehrli Yeni il festivalı keçirilib - Video

 Yeni ilin qarşılanması çox əlamətdar bayram hesab olunur və yeni il bəzəkləri, müxtəlif tədbirlər və gəzintilər ilə müşayiət olunur.

Adalet.az xəbər verir ki,"CinemaPlus” kinoteatrlar şəbəkəsi ənənələri pozmayaraq möhtəşəm maskaradlı festival keçirib.

Maskaradda tək böyüklər deyil, həmçinin, karnaval geyimləri geyinmiş uşaqlar da iştirak etmişdirlər. Santa Klaus paltarları geyinmiş musiqiçilər isə yeni il melodiyaları ifa edirdilər. 28 Mall və Ganjlik Mall ticarət mərkəzlərində və yeni il dekorasiyası ilə bəzədilmiş kinoteatrların foyelərində yürüş keçirilmişdir. Qonaqlar tamaşaçılar ilə birgə böyük həvəslə karnaval atmosferinə daxil olmuşdurlar və xatirə şəkilləri çəkdirirdilər.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.