adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Yanvar 2017 12:22
4617
HADİSƏ
A- A+

Ötən gün 91 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb.

Adalet.az-ın Daxili İşlər Nazilyinin saytına istinadən verdiyi xəbərə görə, onların da 22-si "isti izlər”lə açılıb.

Qeyd olunub ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bundan başqa respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər yaralanıb.

Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 39 nəfər tutulub.