adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Yanvar 2017 12:11
9834
DÜNYA
A- A+

İzmir şəhidinin iti görənləri heyrətə gətirdi - FOTO

Türkiyənin İzmir şəhərində baş verən terrorda şəhid olan polis Fethi Sekinlə vida zamanı onun iti insanların diqqətini cəlb edib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, it şəhid olduğu yerdə Fethi Sekini gözləyir.


Məlum olub ki, şəhid polis 10 il həmin itə baxıb. İtin öz sahibini unutmaması, sadiqlik göstərməsi görənləri heyrətə gətirib.



Qeyd edək ki, yanvarında 5-də İzmirdə törədilən terror aktı zamanı şəhid olan polis əməkdaşı Fethi Sekin onlarla insanın həyatını xilas edib. 43 yaşlı polis əməkdaşı qəhrəmanlıq nümayiş etdirib. Fethi Sekin ədliyyə binasının önündə terror təhlükəsini hiss edərək "canlı bombalar”la son nəfəsinədək vuruşub. O, terrorçularından birini öldürə bilsə də, özü də şəhid olub.