ANA SƏHİFƏ / KRİMİNAL

Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub

9390    |   2017-01-07 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi ("Rövşən Lənkəranski”) güllələyən killerlərdən biri İŞİD üzvü olub.

Adalet.az xəbər verir ki, bu barədə "Sputnik” agentliyi "kriminal dairələrdəki mənbəyə” istinadən bildirir. Mənbə təsdiq edir ki, "Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində "Lənkəranskini o dünyaya göndərdiyi” barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.

Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli olmadığını deyirlər. Onu da deyirlər ki, "Rəşad Gəncinski” Lənkəranskinin öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə "Piter Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal avtoritetin, o cümlədən "Lotu Quli”nin də əli var.

Maraqlıdır ki, "Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma "Talış-Muğan respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.

Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer sanballı pul qazanmaq üçün bunu edib.

Qeyd edək ki, son vaxtlar "Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.




İmza:
SON XƏBƏRLƏR
2017-04-26
2017-04-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Mart çıxdı, dərt çıxd?

Hə (33.33%)
Yox (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün restorana bir kişi gəlir. Qarsona deyir:
- Sizin soyuq çayınız var?
Qarson deyir:
- Yox.
Kişi çıxıb gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var?
Qarson yekə-yekə deyir:
- Hə.
Kişi deyir:
- Onda qoy isinsin, gətir içək.




digər lətifələr
ARXİV
FACEBOOK