Aran torpağının 65 yaşlı Səyyadı

ETİBAR CƏBRAYILOĞLU
58595 | 2017-01-06 18:38

Tanınmış ictimai-siyasixadim, istedadlı yazıçı-publisist Səyyad Aranın 65 yaşı tamam olur. Rəsmi vəqeyri-rəsmi keçiriləcək tədbirləri, orada səslənəcək təbrikləri bir neçə günqabaqlamağımızın özəl bir səbəbi var. Yubilyarın "Sazaq" adında yenibir kitabı işıq üzü görüb. "Vektor" Beynəlxalq Nəşrlər Evində çapolunan kitaba Səyyad Aranın müxtəlif illərdə qələmə aldığı hekayələri daxiledilib.

"Sazaq"la gələnəsərləri barədə qeydləri yazının növbəti bölümünə saxlayaq. Əvvəlcə yubilyarınözü barədə qısaca bir neçə kəlmə qeyd etmək yerinə düşər. Beləliklə...

Səyyad Aranın özü

Söz vaxtına çəkər, SəyyadAran 65 il öncə məhz yanvarda dünyaya gəlib, özü də Aran elində - İmişlirayonunun Qaradonlu kəndində. 1972-ci ildə Dövlət Pedaqoji Universitetininfilologiya fakültəsini bitirib, doğma rayona qayıtdıqdan sonra uzun müddətpedaqoji fəaliyyətlə məşğul olub, sıravi müəllimlikdən İmişli Rayon Təhsil Şöbəsininmüdiri vəzifəsinə qədər yüksəlib.

1991-ci ilin əvvəlindəBakıya köçən Səyyad Aran mətbuat sahəsində çalışıb, "Elm" qəzetindəşöbə müdiri, "Səs" qəzetində isə baş redaktorun birinci müavini olub.İstedadlı publisist mətbuatın inkişafındakı xidmətlərinə görə Əməkdar jurnalistfəxri adına layiq görülüb.

Səyyad müəllim Azərbaycanədəbiyyatını dərindən bilən bacarıqlı alimdir. Xalq yazıçısı MövludSüleymanlının yaradıcılığı barədə elmi işini uğurla müdafiə edib, filologiyaelmləri namizədidir.

Səyyad Aranın yeri

Azərbaycan müstəqillikqazandıqdan sonra Səyyad Aran dəyəli ziyalı kimi həmişə ölkənin ictimai-siyasihəyatında fəal iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucularındanbiridir, təsis konfransında partiyanın Siyasi Şurasına seçilib. YAP MərkəziAparatında şöbə müdiri kimi fəaliyyət göstərib. Millət vəkili olaraq parlamentdəhəm hakim partiyanı, həm də Zərdab-İmişli seçki dairəsində yaşayan sakinləri təmsiledib, 1995 və 2000-ci illərdəki seçkilərdən sonra formalaşan Milli Məclisdəmüxtəlif qanunların hazırlanmasında iştirakçı olub.

Səyyad müəllimdiplomatik sahədə də öz bacarığını göstərib, Azərbaycanın Türkiyə Cümhuriyyətininİstanbul şəhərindəki Baş konsulu, eyni zamanda ölkəmizin Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb, ona birinci dərəcəlifövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Təcrübəli və tanınmışictimai-siyasi xadim bilik və bacarığını Azərbaycanın inkişafı, tərəqqisi üçünbu gün də əsirgəmir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birincimüavini kimi məsul vəzifədə çalışır.


Səyyad Aranın sözü

İlk hekayəsi 1978-ciildə "Ulduz" jurnalında dərc edilən Səyyad Aranın bu illər ərzində həmAzərbaycanda, həm də Türkiyədə müxtəlif kitabları işıq üzü görüb. İstedadlıyazıçı-publisistin qələminin məhsulu olan "Körpü", "Soyuq günəş","Xaosdan sabitliyə", "Heydər Əliyev və Azərbaycanın dövlət neftstrategiyası", "Sandıqda qalan muştuluq" kitabları ədəbiictimaiyyətin diqqətini çəkib. Səyyad müəllim Yazıçılar Birliyinin Rəyasət Heyətininüzvüdür.

Yazının əvvəlində qeydetdiyimiz kimi, Səyyad Aran 65 illik yubileyi ərəfəsində "Sazaq"laoxucularının görüşünə gəlib. Professor Elçin İsgəndərzadənin redaktorluğu ilə ərsəyəgələn bu kitabın üz qabığının rəssamı Əlisəmid Kürdü. Müəllifin yeni kitabında"Təmizlik kağızı", "Soyuq günəş", "Balıq günü","Günün günorta vaxtı", "Havalar soyuyanda" və"Sazaq" hekayələri yer alıb. Səyyad Aranın qəhrəmanları oxucununtanıdığı, üzbəüz gördüyü, haqqında eşitdiyi insanlardı.

Eldar atasının üzünügörməyib, hər gün şəkilinə baxır, xəyalı ilə söhbət edir, onun qayıdacağı günügözləyir. Atası Kamalın şəkli divarda Stalinin portreti ilə yanaşı asılıb."Dahi rəhbər" generalissimus formasında insanları salamlayır, atasıKamalın yaxasında isə "Qırmızı bayraq" ordeni var. Amma bu orden dəKamalı repressiya adlı divin hücumundan xilas edə bilməyib. Eldarın dünyaya gəlməsinəbir neçə ay qalmış atasını şərləyib tutublar. "Ayyta... Ayyta, kaş bircəgünlüyə kəndimizə gələydin. Əlindən tutub bütün küçələrdən keçəydim. Sonrabirlikdə rayonda şəkil çəkdirib, böyütdürüb bu şəkillə yan-yanaasaydım..."

Vəziyyət o qədərağırdır ki, insanlar kənddə bir-birilərinəsalam verməyə belə qorxurlar. Tutulan Kərimin arvadı Suğra dəli olub, gecələrağacda yatır, uşaqlarını "detdoma" veriblər. Eldar inanır ki, anasıSolmaz dözümlü qadındır, Suğra xala kimi eləməz. Ana-bala bütün çətinliklərədözüb Kamalın "təmizlik kağızı"nı - bəraət alacağını günü gözləyirlər.

Matros Məhərrəm, onunPolşadan gətirdiyi Yelena, hamının əvəzindən Sibirdən sağ-salamat qayıdanİmran, Fitat xala... Hamı bu ağrılı-acılı günlərin tez sona çatması arzusu iləyaşayır. Amma nə balaca Eldar, nə də anası Solmaz həmin o xoş günü görə bilmirlər("Təmizlik kağızı"). Müəllif bu hekayəni 37-ci il qurbanlarına vəonların ata üzü görməyən balalarına ithaf edib.

"Soyuq günəş"hekayəsinin qəhrəmanları da hər gün rastlaşa biləcəyimiz real insanlardı. Kənddəriyaziyyat müəllimi işləyən Kamil, onun paytaxtda ticarətçi işləyən qaynıZahid, qaynı arvadı Namilə, baş müstəntiq Məmmədov, xəyanətə görə ərinibaltalayıb məhbus həyatı yaşamağa məcbur olan qadın, təsadüfən tanış olduğuNuray...

Bir neçə günlüyə Bakıyagələn Kamilin mehmanxanada etdiyi adi hərəkət onun həyatını dəyişir, mənəvisarsıntı keçirir. Ailə üzvlərinin, rayonda ona hörmət bəsləyən insanların bu xəbərieşidincə nələr düşünəcəyi daim onu narahat edir. Qatarla doğma rayona qayıdarkənyol məhz bunları fikirləşir. Ən çox sonbeşiyini-qızını xatırlayır, həmişəkikimi uşağı bağrına basıb nəfəsi kəsilənə kimi iyləmək istəyir. Lakin...

Miryusif böyük qızınıyenicə gəlin köçürüb, toydan sonra iki adama borclu qalıb, ona görə də mövsümbitməmiş özünə əziyyət verib hər gün balıq ovuna gedir ki, bol səfərlə borcuqaytara bilsin. Arvadı isə onun balıq iyi verən paltarlarını hər ütüləyəndə odünyanı görüb gəldiyini deyir.

Balıqçı yoldaşı Niyaz,müəllimlikdən qəti xəbəri olmasa da, uşaqlara karate öyrətdiyinə görə hamının kənddə"müəllim"- deyə çağırdığı İlyas, Qarabağ savaşında çiyin-çiyinəvuruşaraq dəfələrlə ölümdən dönən Rauf və Ələsgər, tamahı üzündən bu ikin dostuçıxılmaz vəziyyətdə qoyan Zeyqəm... Bakıdan qonaq gələn Zeyqəmin yanlış hərəkətiüzündən balıqçıların ovuna haram qatılır, bununla da kənddəki mənəvi mühitpozulur (Balıq günü").


Ağsaqqalların dördünündə gözü yol çəkir - Ağarza, Mirəli, Cavad və Hüseynağa. Cəfərgildən gələn xəbərigözləyirlər. Kəndin ən yaşlı sakinləridir, sıralarının seyrəlməyindənnarahatdırlar, Cəfərin yatağa düşməsindən sarsılıblar. Təsbehin sapı qırılıb, dəcpozulub sanki. Növbəti kim olacaq? Qarapaltarlı qadınların Cəfərgilə tərəf yolalmasından sonra dördü də üşüməyə başlayır ("Sazaq").

Kitabda yer alan digərhekayələr də maraqla oxunur, yazıçı Aran camaatının gündəlik danışığındakı şirinliyi, özünəməxsusluğu və koloritisaxlamağı bacarıb. Xalq yazıçısı Mövlud Süleymanlı necə də dəqiq müşahidə edib:"Səyyad Aran bütün olanlara-olacaqlara-yəni bizi əhatə edən hadisələrəyaxın olan yazıçıdır. Heç nəyi-ən xırda detalları belə uzaqdan-uzağa yazmır.Özündən keçirməsə, yaxınlığı yaratmasa, qələmə almır. Yaratdıqlarının da beləcanlı, sağlam olması ona görədir".

65 illik yubileyi qeydolunan günlərdə yeni kitabı ilə oxucularının görüşünə gələn istedadlıyazıçı-publisisti, tanınmış ictimai-siyasi xadimi ürəkdən təbrik edirik!

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV