ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Təzə” nəyə deyirsiniz?

(Arkada Raykinin xatirəsinə)

9802    |   2017-01-06 18:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə-belə işlər


Təzə il, təzə paltar, təzə arvad… Ə, o arvadın harası təzədi? 4 dəfə ərə gedib. 5-6-da oynaşı olub. Buralara gələndə 16 yaşı varmış. İndi dilimizi də əməlli-başlı öyrənib. Qonşulara deyirmiş ki:

- Vallah, lotu-potunun bəxti var. Onların oynaşı gələndə, əlində konfetdən, şokolatdan-zaddan gətirir. Mənim yanıma gələn… gedəndə deyir ki, ərindən qalan köhnə pencəkdən, köynəkdən varsa, ver geyinim. Sonra da orda-burda forslanırlar ki, təzə pencək almışam.

Hələ o yazıq kişi. Nə zamandır təzə ili köhnə paltosu ilə qarşılayır. Rəngi bom-boz olub. Paltonun da, şalvarın da cibləri yırtıqdı. Bənd olmur. Nəyi var ki, cibinə qoysun? Hələ yayda avtobusda gedərkən bir Sumqayıt cibgiri girişib kişiyə. Əlini uzadanda gedib lap… dərinə. Sonra da:

- Uyy, mama! – deyib, diksinib və özünü avtobusdan atıb yerə, başlayıb kişiyi söyməyə, - Düdük oğlu, düdük. Cibində ilan gəzdirir.

Nə isə!

Elə mən özüm. "Jiquli”m var. Ötən əsrin 70-ci illərində, SSRİ deyilən yekə bir ölkədə istehsal olunub. Çürüyüb, tökülür. Amma yeriyir. O gün gedib, işlənmiş təkər almışam. Əvvəlkilərin sapı çıxmışdı. Hamı təbrik eləyirdi:

- Mübarəkdi, müəllim! Təzə təkər almısan…

Mən də sinəmi qabardıb, maşının xarab olmuş qapısını 3-4 dəfə gücüm gəldikcə çırpıb, işarət barmağımla kapotun üstündəki quş pisliyini təmizləyirdim. Neynəyim?

İndi də başlamısız ki, təzə il gəlib Birincisi xoş gəlib. İkincisi nə gətirib?

O kasıb kişiylə palto gətirib? Mənə bircə dənə təzə təkər verib? Kiminsə banka olan borcu silinib? Ekranlarda təzə bir müğənni, aparıcı görmüsüz? Kimsə TƏZƏ şeir yazıb? Müsəlmanların həyatı necə, təzələnib? Daha bombalamırlar? O yekə ölkənin təzə prezidenti təzə bir iş görəcək?

Qardaşım!

O arvad o kişinin təzə zövcəsi deyil ki, növbəti zövcəsidir. Mənim maşınımın təkərləri də təzə deyil. Təzə şeir də qəhətə çəkilib. Təzə müğənni olmur, növbəti müğənni olur. Təzə iş olmur, növbəti il olur! Növbəti!

Bir iş ki, bu dünyaya, bir insana təzə bir şey vermir, gətirmir, onun nəyi təzədir?

Yəni hər şey növbətidir. Bu bayramlar da, uşaqların başını yozmaq üçün uydurulmuş bir şeydir, oyundur.

Hamı oynayır. Biz də!

Yəni o gün dediyim kimi – NÖVBƏTİ İLİNİZ mübarək.

Nətərdi?

Hidayət Elvüsal


İmza:
SON XƏBƏRLƏR
2018-02-22
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK