adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Yanvar 2017 18:19
5450
GÜNDƏM
A- A+

İstanbul-Bakı reysləri təxirə salındı

Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, yanvarın 7-nə planlaşdırılan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.

Bu barədə Adalet.az "Türk Hava Yolları"na istinadən məlumat verir.

Təyyarə yerli vaxtla yanvarın 7-si saat 16:05-də İstanbuldan havaya qalxmalı, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də uçmalı idi.

Ümumilikdə İstanbul aeroportlarında THY-nin 7-8 yanvar tarixinə ləğv edilən daxili və beynəlxalq reyslərinin sayı 192-yə çatıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.