ANA SƏHİFƏ / İDMAN

105 yaşlı fransız qeyri-adi idman rekordu müəyyənləşdirib

6675    |   2017-01-06 19:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yüz beş yaşlı fransızRober MarşanFransanın milli velodromunda bir saata 22,5 kilometr məsafə qət edərək öz yaş kateqoriyasında rekorda imza atıb.

Adalet.az AZƏRTAC-aistinadla xəbər verir ki, hazırda Marşan 105 yaşdan yuxarı velosipedçilər arasında çempiondur. O, 2012-ci ildən bəri "100 yaşdan 105 yaşadək” kateqoriyasında çempion titulunu əlində saxlayır.

"Mən bura çempion olmaq üçün deyil, 105 yaşlı insanın velosiped sürə biləcəyini sübut etmək üçün gəlmışəm”, - deyə Marşan yürüşdən sonra qeyd edib.

Velosipedçinin sözlərinə görə o, distansiyanı daha yaxşı nəticə ilə - bir saata 26,9 kilometr qət edərək başa vura bilərdi.

Bu yaşda əla fiziki göstəriciyə necə nail olduğu barədə suala cavabında Marşan düzgün pəhrizin vacibliyini vurğulayıb. O, çoxlu meyvə və tərəvəz yeməyi, ətdən az istifadə etməyi və çox qəhvə içməməyi məsləhət görüb. Bundan əlavə, fransız günün bir saatını velosiped trenajorunda keçirir.

Rober Marşan 1911-ci ildə anadan olub. İkinci Dünya müharibəsi zamanı nasistlərə əsir düşüb. Müharibədən sonra Venesuelada şəkər qamışı plantasiyasında və Kanadada odunçu işləyib. O, idmançı kimi beynəlxalq gimnastika yarışlarında ölkəsini təmsil edib, həmçinin boksla məşğul olub.




İmza:
SON XƏBƏRLƏR
2017-02-26
2017-02-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK