adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Yanvar 2017 17:44
7488
DÜNYA
A- A+

Frankfurt hava limanında qəza - Xəsarət alanlar var

Almaniyanın Frankfurt şəhərində hava limanında sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bu barədə Adalet.az  "RİA Novosti"yə istinadən məlumat verir.

Qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağır olaraq dəyərləndirilir.

Məlumata görə, İspaniyadan gəlmiş sərnişinləri aparan avtobus uçuş zolağında digər nəqliyyat vasitəsi ilə toqquşub.