adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Yanvar 2017 17:33
7119
DÜNYA
A- A+

Moskvada güclü şaxta olacaq

Rusiyanın paytaxtı Moskvada yaxın günlərdə güclü şaxta olacaq.

Adalet.az xəbər verir ki, bu barədə "Ria Novosti”yə "Fobos” hava mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, temperatur mənfi 33 dərəcədən aşağı düşə bilər: "Bu həftə ən şaxtalı hava bazar günü qeydə alınacaq, gündüz tempratur iqlim normasından 13 dərəcə aşağı olacaq. Bazar ertəsindən hava mülayimləşməyə başlayacaq”.

Artıq Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə havanın temperaturunun mənfi 35-dək düşəcəyi ilə bağlı xəbərdarlıq edib.