adalet.az header logo
  • Bakı 20°C
07 Yanvar 2017 21:00
9860
İDMAN
A- A+

“Bu il bütün titulları qazanmaq istəyirəm”

"Bavariya”nın hücumçusu Robert Levandovski 2017-ci ildəki hədəfləri barədə danışıb.


Adalet.az-ın Münhen klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, polşalı forvard cari ildə mümkün qədər çox titul qazanmaq arzusundadır:

"Yeni ildə ilk məşqlərimiz yaxşı keçir. Tezliklə formaya düşəcəyik. Çempionatın startına qədər tam hazır olmaq üçün ürəkdən çalışırıq. 2017-ci ildə məqsədim "Bavariya” ilə birgə mümkün olan bütün titulları qazanmaqdır”.

Qeyd edək ki, "Bavariya” yeni ildə ilk oyununu yanvarın 20-də "Frayburq”a qarşı keçirəcək.