adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Yanvar 2017 16:35
8375
SİYASƏT
A- A+

Co Bayden Trampa “böyüməyi” məsləhət görüb

ABŞ-ın vitse-prezidenti Co Bayden ölkənin yeni seçilmiş prezidenti Donald Trampa davranış modelini dəyişməyə və milyardçını "böyüməyə” çağırıb.

Adalet.az bu barədə PBS-ə istinadən xəbər verir.

"Böyüyün Donald, böyüyün. Artıq böyük olmaq vaxtıdır. Siz prezidentsiniz, nəyə qadir olduğunuzu göstərin”, - Bayden Trampın "Twitter” sosial şəbəkəsindən istifadə etməsini şərh edərkən bəyan edib.

Bundan başqa Bayden, Trampın administrasiyasının ABŞ-ın həm daxili, həm də xarici siyasətinə edəcəyi dəyişikliklərdən narahat olduğunu əlavə edib.