adalet.az header logo
  • Bakı 21°C
06 Yanvar 2017 16:40
7497
İDMAN
A- A+

Millimizə 18 futbolçu çağırıldı

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.

Adalet.az-ın AFFA-ın saytına istinadən yaydığı məlumata görə, yığmamız sabah təlim-məşq toplanışına start verəcək.

Millimiz ayın 12-ə qədər Bakıda hazırlıq keçəcək. Toplanışda 18 futbolçu iştirak edəcək: Samirə Vəliyeva ("Araz”), Rövşanə Sərdarlı ("Fidan”), Firangiz Teymurova ("Konak Bellediyespor” Izmir, Türkiyə), Nino Qurgenidze ("Martve”, Kutaisi, Gürcüstan), Cəmilə Hüseynova ("Məşəl”), Zülfiyyə Əliyeva ("Mingəçevir”), Sevinc Fəttazadə, Aygün Qurbanzadə (hər ikisi "Qəbələ”), Ayşən Əhmədova, Arzu Əliyeva, Aliyə Hüseynli, Vüsalə Seyfətdinova (hamısı "Sumqayıt”), Nigar Abdulova, Vüsalə Hacıyeva, Nərmin Həsənova, Həqiqət Qasımova, Aynur Zeynalova (hamısı "Təhsil”), Leyli Qurbanova ("Zaqatala”).