ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

MUĞAM TRİO Ağdam və Füzulidə...

13241    |   2017-01-05 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan illərin sayı ilə yox, əməllərinin nəticəsinə görə hörmət və nüfuz qazanır. Çalışdığı sahədə nümunəvi iş bacarığı, yüksək məsuliyyət hissi göstərən Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist Təyyar Bayramov da belə insanlardandır.

Təyyar Bayramov 1976- cı ildə Ağdam rayonunda anadan olmuş,1994-1998 –ci illərdə Naxçıvan Universitetinin Hüquq fakültəsini başa vurduqdan sonra 1 il ixtisası üzrə çalışmağa başlamışdır. Ancaq anasının arzusu idi ki,oğlu xanəndə olsun.Bu istəklə ana dinləyicisi olduğu ustad xanəndənin professor Mənsum İbrahimovun dərsinə üz tutur və ustada oğlunun gözəl səsi olduğunu bildirir.Mənsum müəllimin dəvəti ilə Bayramov onun dərsinə gəlir və ustaddan müsbət rəy alır.Elə müəllimin məsləhəti ilə də xanəndəlik ixtisasına qəbul olan gənc hüquqşünasımız Asəf Zeynallı adına Musiqi Kollecini,Milli Konservatoriyanın bakalavr və magistr pilləsini də uğurla başa vurur.

Təhsil aldığı müddətdə texnikomlar arası müsabiqə,Televiziya muğam müsabiqəsi, Beynəlxalq muğam müsabiqələrində birinciliyi qazanan ifaçı təhsilini başa vurduqdan sonra Bakı Humanitar kollecində,daha sonra bitirdiyi təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur.

Müəllimlik peşəsinin nüfuzunu hər bir bir müəllim öz iş və mənəvi keyfiyyətləri ilə yüksəldə bilir. Bu şərəfli peşəni layiqincə təmsil etməyi bacaran Təyyar müəllimin yetişdirdiyi gənc ifaçılar artıq muğam müsabiqələrində uğurla çıxış etmiş,münsiflər heyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Tez-tez xarici ölkələrdə - ABŞ, Almaniya, Fransa, Meksika və b. səfərlərdə olan Təyyar Bayramov birgə çalışdığı Muğam trio ilə muğamımızı layiqincə təmsil etmişdir.2016 –cı ildə trionun qazandığı böyük uğurlardan da biri bu oldu ki, Rusiyada keçirilən "ЗОВ УРАЛА” festivalının 1-cisi oldular.

Xanəndə yaxın zamanlarda muğam və təsniflərdən ibarət 6-cı diskini dinləyicilərinə təqdim edəcək. Bununla yanaşı Muğam trio Ağdam və Füzulidə konsert proqramı ilə çıxışa hazırlaşır.

Oxucular adından trioya hər zaman zirvələrdə olmağı arzulayırıq...




İmza:
SON XƏBƏRLƏR
2017-10-23


VİDEO
YAZARLAR
Əbülfət MƏDƏTOĞLU
Seyfəddin Altaylı
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı babat vurub qatarnan Biləcəridən Qazağa getmək istəyir. Vaqona minəndə görür ki, boş yer yoxdu. "Onsuz da səni tapajam" - deyə-deyə başlayır kupeləri gəzməyə. Sərnişinlərdən biri soruşur ki, "nə axtarırsınız?
Vəli:
- İlan sumkamdan çıxıb qaçıb, onu axtareyram.
Bunu eşidən sərnişinlərin hamısı qorxusundan vaqondan düşüb qaçır. Vəli rahatca uzanıb yatır. Səhəri gün ayılıb görür vaqon dayanıb, bələdçidən soruşur:
- Xanım Qazağa çatmışıqmı?
Bələdçi xanım:
-Nə çatmışıq ey, dünən bir kefli kişinin sumkasından ilan qaçıb, vaqonu qatardan açıb Biləcəridə saxlayıblar, hələ də ilanı axtarırlar.




digər lətifələr
ARXİV
FACEBOOK