adalet.az header logo
  • Bakı 19°C
07 Yanvar 2017 22:45
10352
İDMAN
A- A+

“Qarabağ” klubu yeni transferini rəsmən açıqlayıb

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ” klubu yeni futbolçu transferini açıqlayıb.

Adalet.az xəbər verir ki, Report-un məlumatına görə, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1,5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ”a "İnter”dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi”, "Xəzər Lənkəran”, "Sumqayıt” komandalarında çıxış edib.